Məscidlərin sayının artması Putini sevindirdi

Məscidlərin sayının artması Putini sevindirdi backend

Rusiya prezidenti Vladimir Putin Başqırdıstanda məscidlərin sayının artmasını müsbət qiymətləndirib.

Qaziler.az bildirir ki, bu barədə “İnterfaks“ məlumat verib.

Dövlət başçısı Ufaya səfəri çərçivəsində Rusiyanın ali müftisi Talqat Tacuddinlə görüşüb.

“Hər sahədə inkişaf çox gözəldir. Siz dediniz ki, 2000-ci ildə Başqırdıstanda 16 məscid var idi, indi isə onların sayı 1200-dür. Bu, ənənəvi dinlərin, o cümlədən, ənənəvi islamın inkişafı deməkdir“, - deyə Putin qeyd edib.