Afrində terrorçulara mülki şəxs kimi görünmələri üçün qiyafə dəyişdirmələri haqda təlimat verilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türk Silahlı Qüvvələrinin Afrindəki terrorçuları təmizləmək üçün başladıqları əməliyyat zamanı 268 terrorçu öldürülüb.Beş günlük əməliyyat zamanı böyük itki verən terrorçuların son oyunu isə "mülki şəxslər öldürülür" deyə haray-qışqırıq salmalarıdır.
Türk Silahlı Qüvvələrindən verilən açıqlamada isə: "PKK/PYD-YPG terror təşkilatının başda uşaqlar və qadınlar olmaqla mülki şəxsləri özlərinə "qalxan" etmələri sübut olunmuşdur"- deyə bildirilib.
