Amerikalılar, almanlar və britaniyalılar kürdlərlə birlikdə Afrində türklərə qarşı döyüşürlər

Amerikalılar, almanlar və britaniyalılar kürdlərlə birlikdə Afrində türklərə qarşı döyüşürlər backend

ABŞ, Almaniya və Britaniyadan olan könüllülər kürdlərin "Suriya Demokratik Qüvvələri" ilə birlikdə türklərə qarşı vuruşurlar.

Qaziler.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.

"Əvvəllər Rakkada, hazırda Deyr-əz-Zora rayonunda vuruşan xaricdən gəlmiş döyüşçülər indi də Afrinə getmək istədilər" , - deyə "Suriya Demokratik Qüvvələri"nin rəhbərliyində təmsil olunan olan Redur Selil bildirib. O, qeyd edib ki, onlarla insan kürdlərlə birləşib. Lakin Selil döyüşçülərin dəqiq sayını açıqlamaqdan imtina edib.