Naməlum şəxslər Avstriyanın Zalsburq şəhərindəki Türkiyə Baş Konsulluğuna hücum edib.
Axar.az xəbər verir ki, cinayətkarlar həyət qapısını və pəncərələri sındırıblar. Avstriya polisi olayı törətməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.Hadisə zamanı xəsarət alan olmayıb.