“Zeytun budağı” xarici mətbuatda: TÜRKİYƏ ABŞ-a MEYDAN OXUYUR

“Zeytun budağı” xarici mətbuatda: TÜRKİYƏ ABŞ-a MEYDAN OXUYUR backend

İngilis nəşri olan “Financial Times“ “Zeytun budağı” əməliyyatı ilə bağlı maraqlı analiz aparıb. Nəşrdə: "Türkiyə ABŞ-a meydan oxudu və əməliyyata başladı" başlıqlı xəbər yer alıb.

Qaziler.az bildirir ki, Türkiyənin Afrində başladığı “Zeytun budağı əməliyyatı“ xarici mətbuatda geniş müzakirələrə səbəb olmağa davam edir. Özəlliklə Avropa və ABD mətbuatı əməliyyata səhifələrində geniş yer ayırır.

“Financial Times“ “Zeytun budağı əməliyyatı” ilə bağlı xəbərində Türkiyənin müttəfiqi olan ABŞ-a YPG məsələsində yaşanan anlaşılmazlıq səbəbi ilə meydan oxuduğunu və hərəkata başladığını yazıb.

“Financial Times“ Suriyadakı bu hərəkatın Orta Şərqdə yeni cəbhələrin açılmasıyla birlikdə ABŞ ilə münasibətlərin daha da gərginləşməsinə yol aça biləcəyini yazıb.