Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud ABŞ-a səfərini təxirə saldığı üçün ABŞ Prezidenti Barak Obamaya zəng edib.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmi məlumat yayıb. Məlumatda kralın Vaşinqtona gələ bilmədiyi üçün peşman olduğu bildirilib.Qeyd edək ki, mayın 13-də Obama Ağ Evdə Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının liderləri ilə görüşəcək. Bir gün sonra isə “Camp David” sammiti baş tutacaq. Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn sammitdə liderlər səviyyəsində təmsil olunmayacaq.