AŞPA-nın yeni prezidenti məlum oldu

AŞPA-nın yeni prezidenti məlum oldu backend

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti məlum olub.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Parlament Assambleyasının bu gün başlayan qış sessiyasında italiyalı deputat Mikele Nikoletti AŞPA-nın yeni prezidenti seçilib.

Qeyd edək ki, ötən ilin oktyabrın 6-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib. Səbəb kimi Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü göstərilib. AŞPA sədri yaz sessiyasında çıxışa başlayan kimi assambleya üzvlərinin əksəriyyəti ayağa qalxaraq onun istefasını tələb ediblər.