Əfqanıstan Daxili işlər nazirliyi Kabildə mehmanxanaya hücum nəticəsində 18 nəfərin öldüyünü təsdiqləyib, onlardan 14-ü xarici vətəndaşlardır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlər arasında Ukrayna və Venesuela vətəndaşlarının olduğu bildirilir.Ötən axşam baş vermiş hücuma görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb. Mehmanxanaya hücumda 5 silahlı iştirak edib, 18 saat dacam edən atışma nəticəsində terrorçular öldürülüb .
“Tolo News” telekanalının məlumatına görə, hadisə nəticəsində 43 nəfər ölüb.