Almaniyadan İraqın Mosul şəhərinə qaçaraq, İŞİD-ə qoşulmuş və terrorçuların ən məşhur snayperçilərindən biri olmuş 16 yaşlı qız İraq məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib.
Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, yeniyetmə qız terrorçuluğun dəstəklənməsində ittiham olunub.Xatırladaq ki, Almaniya məktəblisi Türkiyə ərazisindən keçərək İraqa yollanıb. Burada o, İŞİD döyüşçülərindən birinə ərə gedib.
Almaniya hökuməti çox səy göstərsə də, məktəbli qızın ekstradisiyasına nail ola bilməyib.