Türkiyədə hərbçilər qar uçqununa düşüb, 5-i ölüb, daha 12-si yaralanıb

Türkiyədə hərbçilər qar uçqununa düşüb, 5-i ölüb, daha 12-si yaralanıb backend

Türkiyə ordusunun 5 hərbçisi Bitlis şəhəri ərazisində PPK terrorçularına qarşı əməliyyat aparan zaman qar uçqununa düşərək həlak olub.

“Report” NTV telekanalına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində daha 12 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı hərbçilər Hizan rayonu ərazisində yerləşən dövlət hospitalına yerləşdirilib.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatlarının aparıldığını bildirilir.