“Rusiyanın qarşısını Ukraynada almaq lazımdır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi Kurt Volker çıxış edib. Onun sözlərinə görə, Rusiyanın qarşısı alınmasa, onunla NATO üzvü olan ölkələrin ərazisində savaşmalı olacaqlar:“Rusiyanın addımları heç də Kremlin söylədiyi kimi deyil. Yəni bunun NATO-nun genişlənməsi ilə heç bir əlaqəsi yoxdur. Hazırda Qərb birbaşa hərbi aqressiya ilə üz-üzədir. Rusiya öz qonşusunun ərazisinə müdaxilə edir, onun torpaqları anneksiya olunur və bunları edən zaman Moskva Budapeşt memorandumuan, Nyu York, Paris xartiyalarına, NATO ilə Rusiya arasındakı əsas müqavilələrə nəzər yetirmir. Bütün bunların qarşılığında isə NATO bu böhranları həll etmir. Əgər Rusiyanı Ukraynada dayandırmasaq, o zaman onunla Avropanın dərinliklərində vuruşmuş olacağıq”.