Türkiyənin Afrin istiqamətində başlatdığı əməliyyata qarşılıq olaraq Hatayın Reyhanlı ərazisinə raket zərbələri endirilib.
Axar.az xəbər verir ki, hadisə nəticəsində yaralıların olduğu bildirilib.Əraziyə çoxlu sayda təcili tibbi yardım briqadaları cəlb olunub.
***
Reyhanlı mahalının 3 fərqli ərazisinə raket atıldığı bildirilib.
Məlumata görə, Pınarbaşı, Gültəpə və Mustafa Kamal Paşa məhəllələrinə endirilən raket zərbələri nəticəsində 1 suriyalı həyatını itirib, 32 nəfər isə ağır yaralanıb.
Bundan əlavə, ərazidəki avtomobillər və evlər də zərər görüb.
Polis ərazidə təhlükəsizliyi gücləndirib.