Azad Suriya Ordusu qrupları Türk Silahlı Qüvvələrinin dəstəyi ilə üç cəbhədə terror təşkilatı PKK/PYD/YPG-yə hücuma başlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Afrin bölgəsinə girməyə çalışan ASO ABŞ əsgərləri ilə toqquşub.Türkiyə mətbuatının yazdığına görə, Rusiya əsgərlərinin bölgədən çıxardığı haqda iddialar özünü doğrultmayıb. Rus əsgərləri bölgədən ayrılmadıqları ilə bağlı açıqlama verərək görüntü yayıblar.
“Zeytun budağı“ əməliyyatının ardından təhlükəsizlik orqanlarının aldığı məlumata görə, hava hücumları ilə PKK/PYD/YPG terror təşkilatının əlindən xilas olan, Türkiyəyə dəstək verən minlərcə mülki şəxs Hələbə qaçmağa başlayıb. “Ancaq Əsəd qüvvələri ilə YPG arasında anlaşma yaranıb və onlar Hələb girişini başlayıblar. Terror təşkilatı YPG mülki əhalini silah gücüylə TSQ-nın hədəf ala biləcəyi nöqtələrə götürərək orada saxlamağa çalışır“.