Türkiyə Afrində quru əməliyyatına başladı

Türkiyə Afrində quru əməliyyatına başladı backend

Azad Suriya Ordusunun qüvvələri Afrində PKK-PYD qruplaşmasının nəzarətində olan bölgəyə daxil olub.

Axar.az xəbər verir ki, qabaqcadan razılaşdırılmış plana əsasən Türkiyə ordusu dərhal hücuma reaksiya verib.

Suriya ilə sərhəddə yerləşən Kilis bölgəsindən ASO-ya dəstək üçün terrorçu mövqelərinə artilleriya zərbələrinə başlanılıb.

Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatlarının bazar günü başlanılacağını açıqlamışdı.