Dünya ictimaiyyəti Afrin əməliyyatının başlayıb-başlamayacağını müzakirə etdiyi sıralarda Suriyanın şimalından gələn məlumatlar Türkiyəyə bağlı Azad Suriya Ordusunun artıq hərəkətə keçdiyindən xəbər verir.
Ovqat.com-un bildirdiyinə görə, bu barədə ilk xəbərlər bölgədəki rus jurnalistlərindən gəlib.Rus mətbuatı hətta Azad Suriya Ordusunun ilk qələbəsini qazandığını da vurğulayırlar. Bildirilir ki, Türkiyəyə bağlı qüvvələr Afrinə 5 bölgədən əməliyyata başlayıblar.
1) Afrinin qərbi: Yerli mənbələrə görə, dünən gecə Hatay vilayətindən Afrinin qərbindəki Bali kəndinə doğru Türkiyənin dəstəyiylə ASO zirehli maşınlarla əməliyyat keçirib, terror təşkilatı PKK/PYD/YPG ağır itkilərlə bölgədən çəkilib. Regionu izləyən Rus jurnalistlər bunu "Türk ordusunun Afrin əməliyyatındakı ilk qələbəsi" adlandırıb. Türk pilotsuz təyyarələri də kürd separatçılarını vurub.
2) Daha cənubdakı Candaris qəsəbəsi yaxınlarına Türk ordusunun artilleriya atəşləri davam edir.
3) Afrinin şimali: Terror təşkilatı PKK/PYD/YPG-yə yaxın sosial media hesablarında Türkiyənin Kilis rayonu ilə qonşu olan Suriya əraziləri boyunca uzanan sərhəd kəndi Şenkildə dünən gecə toqquşmaların baş verdiyi iddia edilib. Türk topçuları İska və Cəlamadakı YPG mövqelərini də hədəf alıblar.
4) Afrinin şərqi: Fərat qalxanı əməliyyatı ilə azad edilən bölgələr olan Azez və Mareden Azad Suriya Ordusu qüvvələrinin Afrinə doğru irəliləyişlərini sürdürülər. Azezdən dünən gecə yeni ASO hissələri də cəbhəyə göndərilib.
5) Daha cənubdakı Mareta isə Şəhba cəbhə xəttində ağır silahlarla döyüşlər davam edir. Regionu izləyən bir rus jurnalistə görə, YPG bu əməliyyatda ASO-ya qarşı ilk itkilərini dünən gecə yerli saatla 20.34-də verib.
Türkiyə Silahlı Qüvvələri yayılan bu məlumatları nə təsdiq, nə də təkzib edib.
ASO qüvvələrinin əməliyyata başlama mərasiminin video-görüntüləri də yayılıb. Videoda ASO əsgərlərinin əllərində özlərinin və Türkiyə bayraqlarını daşıdığı görünür.
Videonu təqdim edirik:
">