Makedoniya prezidenti Georgi İvanov şənbə günü şimal bölgəsində polislə silahlı şəxslər arasında baş verən qarşıdurmanı koordinasiya edilmiş terror aktı adlandırıb.
Publika.az-ın məlumatına görə, İvanov yaraqlıların şəxsiyyətlərinin məlum olmadığını, lakin onların hərbi təlim keçmiş cinayətkarlar olduğunu deyib.Ölkə polisi isə beşinin etnik albanların yaşadığı Kosovodan olmaqla, hücumçüların əsasən Makedoniya vətəndaşları olduğunu deyib.
Qeyd edək ki, şənbə günü Kumanovo şəhərində yaraqlılarla polis arasında qarşıdurma zamanı 8-i polis işçisi və 14-ü yaraqlı olmaqla, 22 nəfər ölüb. Hadisə zamanı 37 polis işçisinin yaralandığı deyilir.