Güclü yanğın baş vermiş avtobusdakı şəxslərin hamısı Özbəkistan vətəndaşı olub.
Qazaxıstanda 52 nəfərin ölümü ilə nəticələnmiş avtobus qəzasının səbəbini izah edən ilkin versiyalar açıqlanıb.Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, birinci ehtimal Qazaxıstan Fövqəladə Hallar İdarəsi tərəfindən açıqlanıb.
Bildirilib ki, avtobusun naqillərində qısaqapanma olub və qapılar bloka düşüb.
Digər versiya isə şahidlər tərəfindən səsləndirilib. Onlar sərnişinlərin avtobusda lampa vasitəsi ilə qızındığını bildiriblər. Bu zaman iki sərnişin arasında mübahisı düşüb. Sərnişinlərdən biri digərinə neftlə dolu butulka atıb. Butulkanın lampaya dəyməsi nəticəsində avtobusda yanğın baş verib.
Bu arada, Qazaxıstan İstintaq Komitəsi avtobusun sərnişin daşımaq üçün lisenziyasının olmadığını açıqlayıb
">