ABŞ-da korrupsiyada ittiham olunan Nyu-York ştatı Senatının başçısı Din Skelos istefa verib.
APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, onun yerini Respublikaçılar partiyasının digər təmsilçisi, 54 yaşlı Con Fleneqan tutacaq.67 yaşlı Din Skelos və onun oğlu, 32 yaşlı Adam Skelos mayın əvvəlində saxlanılmışdılar. Ata və oğul pul tələb etmə, dələduzluq və korrupsiyada şübhəli bilinirlər.