Türkiyə açıqladı: Böyük risklərə gedirik...

Türkiyə açıqladı: Böyük risklərə gedirik... backend

Türkiyə sərhəd təhlükəsizliyi baxımından ən gərgin dönəmdən keçir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.

Bozdağ bildirib ki, ölkə böyük risklərlə qarşı-qarşıyadır:

“Regionda olanlar sabitliyimizə təhlükə yaradır. Terroçulardan ordu yaratmaq cəhdləri açıq-aydın görsənir. Bu addımlar Türkiyənin sabitliyinə, suverenliyinə, vətəndaşlarının həyatına təhlükədir. Bunu hər kəs bilməlidir. Türkiyənin qorunması üçün böyük risklərə gedəcəyik. Səbrimizin son nöqtəsinə gəldik”.