Fələstinli cəsur qızın həbs müddəti uzadıldı

Fələstinli cəsur qızın həbs müddəti uzadıldı backend

İsrail hərbi məhkəməsi fələstinli Ahədin həbs müddətini beşinci dəfə uzadıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İsrail polisi 16 yaşlı qızı məhkəməyə ayağına zəncir vuraraq gətirib.

Ahədin həbs müddəti beşinci dəfə uzadılıb.

Ahəd məhkəmə zalına əlləri və ayaqları bağlı halda gətirilib. Məhkəmədə xarici diplomatlar, insan haqları müdafiəçiləri və fələstinli qızın yaxınları iştirak edib.