Kraldan maraqlı gediş Obamaya yenə “yox” deyildi

Kraldan maraqlı gediş Obamaya yenə “yox” deyildi backend

Səudiyyə Ərəbistanının Kralı Salman ibn Əbdül-Əziz özünün ABŞ-a səfərini ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “ABC News” telekanalı yayıb.

Telekanalın məlumatına görə, kral bununla Prezident Barak Obama ilə öncədən planlaşdırılmış görüşü də ləğv etmiş olub.

Qeyd edək ki, bundan öncə Ağ Ev Amerika prezidentinin Səudiyyə kralı ilə şəxsən Fars körfəzi ölkələri liderlərinin sammitindən bir gün qabaq görüşmək istədiyini bəyan etmişdi.

Onu da xatırladaq ki, ərəb ölkələrinin əksəriyyəti Obama administrasiyasının bölgədə yürütdüyü siyasətdən narazıdır. Ərəb liderlərin fikrincə, ABŞ İran üzərindən sanksiyaları götürəcəyi halda bölgə barıt çəlləyinə dönəcək.
Diaspora