Böyük Britaniyanın baş naziri Tereza Mey hökümətində yeni qurum – “tənhalıq naziri” yaradıldı.
Moderator.az xəbər verir ki, “Tənhalıq naziri” vəzifəsinə idman və vətəndaş cəmiyyəti məsələləri üzrə parlament nazirinin müavini Treysi Krauçu təyin edib.Britaniya “ Qırmızı xaç” cəmiyyətinin verdiyi məlumata görə 9 milyondan çox britaniyalı ( 65,6 milyon əhali var) tez-tez və ya daim tənhalıqla üz-üzə qalırlar. Xeyriyə təşkilatları bu vəziyyəti “gizli epidemiya” adlandırırlar.
Baş nazir “tənhalıq üzrə nazirliyi”ni tənhalıqla mübarizə məsələləri üzrə parlament komissiyasının məsləhəti ilə Səhiyyə nazirliyi nəzdində yaradılıb.