Ruslar İrəvanı seçdilər

Ruslar İrəvanı seçdilər backend

Ruslar daha çox Belarusa güvənirlər.

Axar.az xəbər verir ki, bu nəticə “Rambler” portalının keçirdiyi sorğudan sonra ortaya çıxıb. Minski Moskvanın dostu sayanlar əhalinin 50%-ni təşkil edib.

Rusların dost hesab etdiyi ölkələr sırasında ilk üçlüyü Qazaxıstan (17%) və Ermənistan (13%) tamamlayıb. MDB-yə üzv digər ölkələrin hər biri yeni reytinq cədvəlində 10%-dən az səs toplayıb. Belə ki, rusların 5%-i Ukrayna, 3%-i Qırğızıstan, 2%-i Azərbaycan, 2%-i Litva, 2%-i Özbəkistan, 2%-i Estoniya, 1%-i Gürcüstan, 1%-i Latviya, 1%-i Tacikistan, 1%-i isə Türkmənistana güvəndiyini bildirib.

Rusların heç güvənmədiyi ölkə isə Moldova seçilib.