“NATO Liviyaya müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə NATO-nun Baş katibi Yens Stoltenberq çıxış edib.Onun sözlərinə görə, bu yardım öz tərkibində təlimləri, məsləhətləri, yeni institutların yaradılmasını birləşdirəcək. Stoltenberq Liviyaya yalnız vəziyyətin düzələcəyi halda kömək edəcəyini bildirib:
“Hazırkı situasiyada biz bunu təhlükəsizlik nöqteyi-nəzərindən etməyəcəyik. Ona görə də biz BMT-nin səylərini dəstəkləyirik”.