ABŞ bu il ərzində səfirliyini Qüdsə köçürəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu söyləyib.Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 6 dekabr 2017-ci ildə ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərar vermişdi. Bundan sonra açıqlama yayan ABŞ Dövlət Departamenti səfirliyin köçürülməsinin 3 il çəkəcəyini bildirmişdi.