Fars körfəzi Ərəb ölkələrinin Əməkdaşlıq Şurasının 3 lideri ABŞ Prezidenti Barak Obama ilə Ağ Evdə keçiriləcək görüşə qatılmayacaq.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xəbər Agentliyi (SPA) məlumat yayıb. Məlumata görə, Səudiyyə Ərəbistanını Daxili işlər naziri Məhəmməd bin Nayefi təmsil edəcək.Omandan isə baş nazirin müavini Fəhd bin Mahmud Əl Səid qatılacaq.
Bəhreyn Obama ilə görüşə kralın vəliəhdini göndərəcək.
Qeyd edək ki, mayın 13-də Obama Ağ Evdə Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının liderləri ilə görüşəcək. Bir gün sonra isə “Camp David” sammiti baş tutacaq.