Moskvanın "Lefortovo" həbsxanasında olan Rusiya kriminal dünyasının lideri Zaxari Kalaşov (Şakro Molodoy) Yunanıstanda toplaşan oğru "sxodka"sına zəng edərək avtoritetlərə mübahisə etməməyi məsləhət görüb.
Qaziler.az Lenta.ru-ya istinadən bildirir ki, bu barədə yanvarın 16-da "Praym Kraym" informasiya agentliyi məlumat verib."Yunanıstanda ötən istirahət günü 30-dan çox qanuni oğrunun iştirakı ilə oğru "sxodka"sı toplanıb. Kriminal baronların iclasına 56 yaşlı Laşa Şuşanaşvili (Laşa Rustavski) sədrlik edib".
Fikir ayrılıqlarının yarandığı bu İclas zamanı "Şakro Molodoy" Moskvadan zəng edərək "qanuni oğrular"a zəng edərək onlardan mübahisə etməməyi xahiş edib və iclasdakılar buna əməl ediblər.