“Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələri koalisiyasının Yəmənə endirdiyi aviazərbələr soyqırım aktıdır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyyə Əfxam çıxış edib.Onun sözlərinə görə, Ər-Riyadın addımları beynəlxalq normalara ziddir
“Biz BMT-yə Yəmənin dinc vətəndaşlarına qarşı hərbi aqresiyyanın dayandırılması ilə bağlı daha aktiv fəaliyyətə başlaması üçün müraciət edirik. Bundan başqa o, Yəmənə humanitar yardımların çatdırılmasını da tezləşdirməlidir”.