Prezident seçkilərində qalib gələrsəm sağ partiya yaratmaq barədə düşünəcəyəm.
Eyni zamanda da 2021-cü ildə Dövlət Dumasına, 2024-ci ildə prezidentliyə keçirilən seçkilərdə iştirak etmək niyyətim var.Axar.az xəbər verir ki, bu sözləri Rusiyada prezidentliyə namizəd Kseniya Sobçak “EXO Moskva” radiosuna açıqlamasında deyib.
“Mən bilmirəm sonra nələr baş verəcək. Bu yolda mübarizə aparan digərlərindən fərqli olaraq istəyirəm ki, mənim şansım yaransın. Bəlkə də bu şans heç vaxt olmayacaq. Ola bilər ki, mən yanılıram və saf insanam. Bəlkə də bu, baş tutdu. Bilirsiniz, 8 nəfər Everest zirvəsində qalxa bilməmidi. Lakin 9-cu qalxdı”, - Sobçak bildirib.
Qeyd edək ki, Sobçak bu ilin martın keçiriləcək seçkidə Vladimir Putinin əsas rəqiblərindən biri sayılır.