Şir və pələng sirk atını arenada parçalamaq istədilər

Şir və pələng sirk atını arenada parçalamaq istədilər backend

Çin sirkində yırtıcılar məşq zamanı az qala atı parçalayacaqdılar.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, məşq zamanı şir və pələng arenada ata hücum ediblər. Videonu sirkin əməkdaşları sosial şəbəkədə paylaşıblar.

Kadrlardan da görünür ki, at arenada dövrə vurmaqla onları özündən uzaqlaşdırmağa çalışsa da buna nail ola bilmir. Bununla yanaşı təlimçilər də şir və pələngi şallaqla vursalar da onlar ovlarını buraxmaq istəmirlər.

Sonda at birtəhər onlardan can qurtara bilir. Təlimçilərin sözlərinə görə, heyvan ciddi xəsarət almayıb, hazırda müalicə olunur.

Çinli internet istifadəçiləri sosial şəbəkədə video ilə bağlı xoşagəlməz şərhlər yazaraq sirkdə heyvanlara qarşı kobud rəftara görə hökumətə şikayət etməyi qərara alıblar.

Qaziler.az videonu təqdim edir: