“ABŞ və Rusiya Suriyanın bölünməsi barədə müzakirələr aparır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Hill” qəzeti İsrailin təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, Bəşər Əsəd rejimi Dəməşqin ətrafından Qolan təpələrinə və oradan Tartusa qədər olan sahil ərazilərinə nəzarət edəcək.Müxalif qüvvələr isə Suriyanın şimal və cənubunda qazandıqları ərazilərə sahib olacaqlar.
İŞİD-in tabeliyində olan ərazilərin aqibətinin necə olacağı isə hələlik bəlli deyil.