ABŞ Dövlət Departamentinin Miqrasiya və Qaçqınlar üzrə Bürosunun rəhbəri Saymon Xenşou yaxın günlərdə öz vəzifəsini tərk edəcək.
Axar.az xəbər verir ki, “Röyter” agentliyinə açıqlama verən diplomat bu vəzifədə kifayət qədər çalışdığını və iş yerini özünün dəyişmək istədiyini bildirib.Qeyd edək ki, Xenşou bu vəzifədə 2013-cü ildən çalışır. Xenşou bundan öncə ABŞ-ın Braziliya, Rusiya, Salvador, Kotdivuar və Filippindəki diplomatik missiyalarında çalışıb. O, həmçinin, 2008-2011-ci illərdə ABŞ-ın Hondurasdakı səfirinin müavini olub.
Trampın bir müddət öncə Afrika ölkələrini iyrənc adlandırması bir sıra etirazlara səbəb olub. Etiraz edənlər arasında ABŞ diplomatlarının da olduğu bildirilir. Belə ki, Xenşoudan öncə ABŞ-ın Panamadakı səfəri Con Fili istefaya gedəcəyini açıqlayıb.
ABŞ KİV-nin iddiasına görə, Fili Tramp administrasiyasına xidmət etmək istəmədiyinə görə istefaya gedir.