Nazirdən generala sərt ismarış: Rütbənə yaraşmır!

Nazirdən generala sərt ismarış: Rütbənə yaraşmır! backend

Hindistanın ordu generalının açıqlaması rütbəsinə yaraşmır.

Axar.az xəbər verir ki, bu sözləri Pakistanın Xarici İşlər naziri Xavaca Məhəmməd deyib.

“Əgər Hindistan bizim nüvə hücumu məsələsində necə qərarlı olduğumuzu yoxlamaq istəyirsə buyursun. Bu fikirləri səsləndirmək məsuliyyətsizlikdir”, - nazir bildirib.

Qeyd edək ki, Hindistanın ordu generalı Bipin Ravat Pakistanın nüvə hücumu hədələrinin saxta olduğunu, lazım gəldiyi təqdirdə əməliyyatlara başlayacaqlarını bildirmişdi.