“Bordo Bereli” əsgərlərinin xüsusi təliminin və yeni silahının - "Eşşək arısı”nın görüntüləri yayıldı

“Bordo Bereli” əsgərlərinin xüsusi təliminin və yeni silahının - "Eşşək arısı”nın görüntüləri yayıldı backend

Türkiyə Silahlı Qüvvələri sosial şəbəkədə türklərin göz bəbəyi olan “Bordo Bereli” əsgərlərin təlimindən qısa bir video paylaşıb.

Musavat.com-un məlumatına görə, kiçikdən böyüyə hər bir türkün xüsusi olaraq, rəğbət bəslədiyi bu əsgərlərin təlimi olduqca maraqla izlənib.

Videoda “Bordo Bereli” əsgərlərin xüsusi texnoloji avadanlıqları və kamuflyajları da diqqət çəkib.

Silahlı Qüvvələrin Baş Qərargahında hazırlanan videoda, xüsusi təyinatlı qüvvələrin quruda, dənizdə və havada keçdikləri təlimdən görüntülər yer alıb. Hazırlanan video Türkiyə Silahlı Qüvvələrinin rəsmi səhifəsində paylaşılıb.



Videoda ilk olaraq, xalq arasında “Bordo Bereli” kimi tanınan Türkiyənin xüsusi təyinatlı qüvvələrinin emblemi yer alıb.



Daxili və xarici təhdidləri zərərsizləşdirmə gücünə malik olan, hər cür iqlim şəraitində döyüşə bilən yüksək keyfiyyətli təlimlər keçən və digər “bordo bereli”lərə xas olan xüsusiyyətlərin bir çoxu videoda görüntülənib.



Əlavə olaraq bildirək ki, “Bordo Bereli”lər dünyanın ən güclü xüsusi təyinatlı əsgərlərindən sayılır. Onlar dünyada nadir hərbçilərdir ki, təlim zamanı bir-birilərinin başına hədəf nişanları qoyub, güllə ilə atəş açırlar.

Ölkədaxili və ölkəxarici əməliyyatlar üçün təlim keçən hərbçilər 3 hissədən ibarət 47 cür fərqli dərslər keçirlər. Bu hərbçilər tam olaraq, “Bordo Bereli” adını almaq üçün 3 il 6 ay təlim keçirlər. Musavat.com

Türk ordusunun uzunluğu 10 sm, eni 2,5 sm, çəkisi 18 qram olan yeni silahı: “Eşşək arısı”

Türkiyə Silahlı Qüvvələri tərəfindən borbo beretlilərin tanıtım videosunda diqqət çəkən məqam xüsusi təyinatlıların işlətdiyi və TSK-ya yenicə daxil olan pilotsuz uçuş aparatıdır.

Uzunluğu 10 santimetr, eni isə 2,5 sm olan bu aparatın çəkisi 18 qramdır. "Eşşək arısı" ləqəbi almış aparatın üzərində 3 kamera var və 25 dəqiqə havada qalma gücünə malikdir.

Aparat terrorçularla mübarizədə çox əhəmiyyətli rol oynayır.

2010-cu ildə norveçli alim Proks Dinamiks tərəfindən hazırlanıb və ABŞ tərəfindən 2016-cı ildə 134 milyon dollara alınıb. Saatda 12 kilometr uça bilən bu aparatdan bugünədək 500 ədədi istehsal olunub. Rəsmi satış qiyməti 195 min ABŞ dollarıdır/Teleqraf.com.