82 yaşlı məşhur fransız aktyoru Alen Delon Paris Match jurnalına özünün 60 illik professional karyerasına həsr edilmiş müsahibəsində etiraf edib ki, müasir dünyada baş verənlər onu çox məyus edir və o, bu dünyanı təəssüflənmədən tərk edəcək.
“Bu gün hər şey saxtadır, hamını yalnız pul maraqlandırır. Heç kim sözünün üstündə durmur, hər gün yeni cinayətlər haqqında məlumat verilir. Mən bu dünyanı təəssüf etmədən tərk edəcəm“, - deyə aktyor bildirib.Kinoulduzun sözlərinə görə, onun ən sadiq dostu yenə də ikiyaşlı itidir. O, iti ilə bir gündə dəfn edilməyini arzulayır.
“Əgər öləcəyimi hiss etsəm, xahiş edəcəm ki, itimə ölümcül iynə vurulsun və biz bir yerdə dəfn edilək. İstəmirəm ki, o, mənim məzarım başında qüssədən ölsün“, - deyə aktyor bildirib.
Delon əlavə edib ki, indi də pərəstişkarları əlindən rahatlıq tapmasa da hələ də əsl, “yeganə sevgi“si ilə rastlaşmayıb.
Arzu Səlim
Qaziler.az