“Bizə verilən vədlər yerinə yetirilməsə, bir həftə sonra...” - Ərdoğan

“Bizə verilən vədlər yerinə yetirilməsə, bir həftə sonra...” - Ərdoğan backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, türk ordusu Suriyanın şimal-qərbində Manbic və Afrin bölgələrində kürdlərə qarşı bir həftə ərzində hərbi əməliyyatlara başlaya bilərlər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

“Əgər bizə verilən vədlər Manbicdə yerinə yetirilməsə, bir həftə sonra nə edəcəyimizi görəcəklər”, - Ərdoğan bəyan edib.