Raul Kastro: "Kuba dindarlara münasibətini dəyişir".
Kuba prezidenti Raul Kastro Vatikana səfər edib.ANS PRESS-in məlumatına görə, o, ABŞ ilə Kuba arasında münasibətlərin bərpasında vasitəçilik etdiyi üçün Papa Fransisə təşəkkürünü bildirib.
R.Kastro deyib ki, Papanın çıxışları onu mütəəssir edib: "Zarafat etmirəm, elə mütəəssir olmuşam ki, yenidən kilsəyə gedib ibadət etməyə başlayacam. Təmsil etdiyim Kuba Kommunist Partiyası dindarları sıralarına qəbul etmir. Amma indi biz buna icazə verməyə başlayırıq. Bu, çox mühüm addımdır."
Kuba lideri sonda deyib ki, Papa sentyabrda Kubaya səfər edəndə onun bütün dua mərasimlərində iştirak edəcək.