Nazirin evi atəşə tutuldu

Nazirin evi atəşə tutuldu backend

Liviyanın Müdafiə naziri Mehdi Barqutinin evi naməlum şəxslər tərəfindən atəşə tutulub.

Axar.az xəbər verir ki, bu barədə Anadolu Angentliyi məlumat yayıb.

“Nazirin Tripolinin qərbində yerləşən evi sübh tezdən silahlı şəxslər tərəfindən atəşə tutulub. Bu zaman evdə olan Barquti və mühafizəçisi silahlı şəxslərlə əlaqə yaradıb”, - deyə məlumatda bildirilib.

Silahlı atışma zamanı heç kimin xəsarət almadığı deyilib.

Faktla bağlı polis araşdırmalara başlayıb.