Türkiyə gəmisi bombalandı – Ölənlər var

Türkiyə gəmisi bombalandı – Ölənlər var backend

Türk şirkətinə məxsus “Tuna-1” adlı yük gəmisi Liviyada top atəşinə məruz qalıb.

Axar.az türk mətbuatına istinadən xəbər verir ki, gəmiyə hücum zamanı kapitan da daxil olmaqla 3 türk vətəndaşı həyatını itirib. Hadisə ilə bağlı Türkiyə tərəfindən Liviya hökumətinə etiraz edilib, bölgədə digər türk gəmilərinin təhlükəsizliyinin təmin olunması və bu hücum haqda lazımi hüquqi tədbirlər görülməsi tələb olunub.

Qeyd edək ki, hücumdan sonra həmin ərazidən uzaqlaşmaq istəyən gəmiyə ardıcıl iki dəfə hava zərbəsi də endirilib.
Diaspora