Jirinovski ukraynalıları ölümlə hədələyərək teleşouda qonağa hücum etdi

Jirinovski ukraynalıları ölümlə hədələyərək teleşouda qonağa hücum etdi backend

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski “60 dəqiqə“ tok-şouda Ukraynada hərbi əməliyyatlarla bağlı müzakirələrdə özünə nəzarəti itirib.

Qaziler.az bildirir ki, buraxılışın fraqmenti Instagram-da dərc olunub.

Studiyadakı qonaqlar ABŞ-ın Ukraynanı silahlandırması məsələsini müzakirə ediblər. Müzakirə zamanı politoloq Vadim Tryuxan Jirinovskinin sirk yaratdığını bildirərək onun replikasına reaksiya verməkdən imtina edib. Sonra o, siyasətçidən ukraynalıları hədələməkdən əl çəkməyi tövsiyə edib. Bundan sonra Jirinovski ona tərəf irəliləyib.

“Hədələyəcəyik! Sizi- alçaqları və yaramazları güllələyəcəyik!“ - deyə o, Tryuxana yaxınlaşaraq qışqırıb. Liberal-demokrat bildirib ki, Ukrayna Donbasda öldürülən hər bir nəfərə görə cavab verəcək. Vladimir Jirinovski qışqıraraq politoloqun studiyadan çıxmasını tələb edib. Aparıcılar siyasətçini sakitləşdirməyə çalışaraq onun seçkidən qabaqkı kompaniyada iştirakını xatırladıblar. Lakin Jirinovski sakitləşməyib. Mübahisə tədricən kəsilsə də partiya sədri Tryuxanı sancmağa çalışdığına görə, o, studiyanı tərk edib. “Vağzala getmə, Tryuxan, səni orda həbs edəcəklər“ - deyə rusiyalı siyasətçi ukraynalı politoloqun ardınca qışqırıb.

Qaziler.az videonu təqdim edir:



Жириновский потерял контроль, обещал массовые убийства и напал на гостя телешоу
00:23 / 00:41