Karlovun qətli: polis mühüm şəxsin adını gizlətdi

Karlovun qətli: polis mühüm şəxsin adını gizlətdi backend

Türkiyənin hüquq-mühafizə orqanları Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun qətlində mühüm rol oynayan şəxsi tutublar.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Deyli Sabah” qəzeti yayıb.

Qəzet yaxalanan şəxsin adının polis tərəfindən gizlədildiyi və yalnız baş hərflərinin (V.K.A) deyildiyini bildirib. Onun FETÖ terror təşkilatının üzvü olduğu və “Baylok” proqramından istifadə etdiyi müəyyən olunub.