Keniya qoruğunda antilopla dişi şirin amansız döyüşü videoya çəkilib.
Keniyanın Masai-Mara qoruğunun əməkdaşları dişi şir və antilop arasında gedən əsl savaşı çəkiblər.Kadrlardan görünür ki, bir neçə dişi şir antilop sürüsünə hücum edir. Qorxan cütdırnaqlılar dağlışırlar. Lakin bir antilop yırtıcıya təslim olmaq istəmir. O, şirin üstünə atılır və buynuzları ilə vurur, onu yerə sərməyi bacarır, lakin şir pəncəsi ilə antilopu tutur və boynundan dişləyir...
Bir neçə dəqiqədən sonra onun köməyinə başqa şir də gəlir. Beləliklə yaranan qeyri-bərabər döyüşdə antilop təslim olur...
Qaziler.az videonu təqdim edir: