Türkiyənin Kütahya şəhərinin Domaniç rayonunda yaşayan yaşlı cütlük betondan olan evlərini isidə bilmədiklərinə görə 9 ildir “saman evləri“ndə yaşayırlar.
Qaziler.az bildirir ki, Uludağ ətəklərində Domaniçə bağlı Muratlı kəndində yaşayan Naim (71) ve Fəridə Gün (66) cütlüyü saman taylarından və taxtadan tikilən evlərində qışı 3 ton odunla çıxarırlar.Cütlüyün oğlu tərəfindən tikilən "saman ev"ə 160 tay saman işlənib. “Evin bayır tərəfi üçün kəndimizdə çıxarılan şiferdən, döşəmə üçün laminat parketdən istifadə etmişik. 9 il əvvəl bir ayda tamamladığımız evin dəyəri 7,500 lirədir" - deyə Gün bildirib.
_1515622680.jpg)
_1515622680.jpg)
_1515622740.jpg)