Fransa prezidenti Kubaya getdi – 100 ildə ilk dəfə

Fransa prezidenti Kubaya getdi – 100 ildə ilk dəfə backend

Fransa prezidenti Fransua Olland rəsmi səfərlə Kubaya gedib.

Qaziler.az xezerxeber-ə istinadən bildirir ki, bu səfər Fransa liderinin 100 il ərzində bu ölkəyə ilk səfəri hesab edilir.

Məlumata görə, Olland səfər çərçivəsində Kuba prezidenti Raul Kastro ilə görüşəcək. Ollandı Fransanın 20-yə yaxın iş adamı müşayiət edir.

Fransua Olland ötən ilin dekabrında rəsmi Havana ilə Vaşinqton arasında diplomatik əlaqə qurulandan sonra Qərbin ilk lideri kimi Kubaya gəlib.

Dünən Fransa prezidenti Vatikanda Roma Papası Fransisklə görüşüb və ona Kuba ilə ABŞ arasında əlaqələrin bərpa edilməsi yolunda atdığı addımlara görə minnətdarlıq edib.
Diaspora