MKİ şefi ABŞ-da Türkiyəni təmsil edəcək

MKİ şefi ABŞ-da Türkiyəni təmsil edəcək backend

Türkiyənin Vaşinqtondakı lobbisinə Mərkəzi Kəşfiyyat İdarəsinin eks-rəhbəri Porter Qoss daxil edilib.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Hürriyyət” qəzeti yayıb.

Qəzetin məlumatına görə, Qoss Türkiyə adına lobbi fəaliyyətinə aprelin 23-dən başlayıb. Belə ki, Qoss hazırda Türkiyə üçün çalışan “Dickstein Shapiro” firmasına məsləhətçi gətiriləcək. Məhz bu sahə hazırda Türkiyə ilə lobbi anlaşması “Gephardt” qrupu üzərindən aparılacaq. Hələlik Qossa buna görə nə qədər pul veriləcəyi bəlli deyil. Keçmiş MKİ şefi fəaliyyətdə olduğu müddət ərzində Türkiyə üçün aşağıdakı işləri görəcək:

1. Ticarət, enerji təhlükəsizliyi, terrorla mübarizə, Avropa və Yaxın Şərqdə sülhün bərpa edilməsi fəaliyyətləri daxil olmaqla Konqresdə Türkiyə-Amerika münasibətlərinə həsr edilən bir neçə önəmli mövzuda müşavirlik etmək;

2. Konqres və idarəçi şəxsləri Türkiyənin önəmli gördüyü mövzularda təlimatlandırmaq;

3. Konqres və dövlət orqanlarında Türkiyənin önəmli gördüyü mövzularda Ankaranı ona qarşı olan hər cür fəaliyyətdən xəbərdar etmək;

4. Konqres və dövlət orqanlarında Türkiyənin önəmli gördüyü mövzuların analizini etmək.

Qeyd edək ki, Qoss 2004-2006-cı illərdə Mərkəzi Kəşfiyyat İdarəsinə başçılıq edib. Bundan öncə o, Respublikaçılar Partiyasının üzvü olub.
Diaspora