Sədaqəti ilə tanınan Qafqaz xalqlarında xəyanətin cəzası: çərkəz qadın ərini...

Sədaqəti ilə tanınan Qafqaz xalqlarında xəyanətin cəzası: çərkəz qadın ərini... backend

Müxtəlif dövrlərdə xəyanətə güzəştlə yanaşılsa da, sədaqət faizinə görə xalqlar bir-birindən həmişə fərqlənib.

Ailəyə sədaqət Qafqaz xalqları üçün həmişə önəmli olub.

Qafqaz xalqlarında xəyanət həmişə amansızlıqla cəzalandırılıb. Ən əsası qadın xəyanəti... Çeçenistanda və Dağıstanın dağ rayonlarında arvadını məşuqu ilə tutan ər onların hər ikisini öldürmək hüququna malik idi. Bu cinayətə görə o qanun qarşısında cavab vermirdi.

Ancaq sevgililərdən yalnız birini öldürsəydi, ikinci tərəfin qohumları qisas haqqına malik idi. Əgər ölüm hadisəsi baş verməyibsə xəyanətkar qadının üzünə his çəkilir və o eşşəyə tərsinə mindirilərək bütün kəndi gəzdirirdilər.

Qafqaz xalqlarından olan adıgeylərdə ərə xəyanət yalnız onun deyil, bütün nəslin namusuna qəsd sayılırdı. Xəyanətkar qadını fiziki cəhətdən cəzalandıraraq geriyə, valideynlərinin evinə qaytarırdılar.

Çərkəz qadınlar ona sadiq olmayan ərini cəzalandırmaq hüququna malik idi. Onlar cehizlərini də götürüb doğma evlərinə qayıda bilərdilər. Lakin bunu adətən uşaqsız qadınlar edə bilirdi. Çünki xəyanət sübut olunsaydı belə uşaqlar atada qalırdı....

Qafqaz xalqlarında indi də bağlanan nikahlar möhkəmdir. Qadınlar arasında xəyanət faizi yüksək deyil. Lakin vətənlərində yaşamayan kişilər tərəfdən olan xəyanətin faizini hesablamaq bir o qədər də asan deyil...

Qaziler.az