Paytaxt bombalandı: 5 ölü

Paytaxt bombalandı: 5 ölü backend

Suriyanın paytaxtı Dəməşq şəhərinin raketlə atəşə tutulması nəticəsində 5 nəfər ölüb.

Axar.az xəbər verir ki, hücum nəticəsində 30-dan çox yerli sakinin yaralandığı bildirilir.

Hücumun kimlər tərəfindən həyata keçirildiyi bəlli deyil.

Qeyd edək ki, bundan əvvəl Dəməşqin tarixi mərkəzi sayılan Bab-Tuma məhəlləsinin minaatanlardan atəşə tutulması nəticəsində 2 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilmişdi.