Bu barədə İşğal altında olan Krımda keçiriləcək Yalta konfransının ildönümü Stalinin nəticəsinin iştirakı olmadan keçiriləcək.
O, bunu öz Facebook səhifəsində yazıb. “İki ay əvvəl mənə bir necə təşkilatdan zəng edərək Yalta konfransının 70 - ci ildönümü ilə bağlı keçiriləcək tədbirə dəvət etdilər. Mənim atam xəstə və yaşlı olduğuna görə ictimai işlərdən kənarlaşıb. Ona görə də bəzi hallarla razılaşmadığıma baxmayaraq ora getməyə razılaşdım “,- deyə Cuqaşvili yazıb.Onun sözlərinə görə fevral ayının birində Tbilisidən Moskvaya , oradan isə Simferopola getməli idi (işğal altında olan Krım səması bağlıdır, orada yalnız rus təyyarələri uçur) .
“28 yanvarda mən tədbirin təşkilatçılarından məlumat aldım ki, sizin konfransda iştirakınız arzu olunan deyil. Çünki Krımda etnik qruplar arasında gərginlik mövcuddur” . Cuqaşvili belə yazıb.
Xatırladaq ki, Krım tatarları 1945-ci ildə keçirilmiş Yalta konfransının ildönümü ilə əlaqədar Yaltada “böyük üçlüy”ün şərəfinə heykəl ucaldılmasının əleyhinə çıxmışdılar.