Türkiyənin Adana şəhərində təbiətin qoynunda şəkil çəkdirən gəlin ilə bəyin maşınından boyunbağı və cib telefonunun da olduğu çanta oğurlanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bəy Seçkin Aslan və gəlin Büşra Aslan toydan əvvəl xatirə şəkli çəkdirmək üçün avtomobillərini botanika bağındakı dayanacağa qoyublar.Cütlüyün 1 saat əvvəl park etdikləri avtomobilin qabaq şüşəsini sındıran oğrular Buşra Aslanın içərisində qızıl boyunbağı və cib telefonu olan çantasının oğurlayıblar.
Maşının yanında bir-birlərinə təsəlli verən bəy və gəlin toy məclisinə getməzdən əvvəl hadisənin şokunu atmağa çalışıblar.
_1515509040.jpg)
_1515509040.jpg)
_1515509100.jpg)
_1515509100.jpg)
_1515509160.jpg)