ABŞ-da silahlı insident baş verib

ABŞ-da silahlı insident baş verib backend

ABŞ-da silahlı insident nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA-nın “Fox 8 News”a istinadən verdiyi məlumata görə, hadisə Ohayo ştatının Klivlend şəhərində baş verib.

Naməlum şəxs atəş açaraq 5 nəfəri yaralayıb. Aralarında hamilə qadının olduğu yaralılar xəstəxanaya çatdırılıb. Onlardan biri orada ölüb.

Atəş açan şəxsin kimliyi və motivi məlum deyil. Polis araşdırma aparır.
Diaspora